Giriş
Bu Məxfilik Siyasəti Felio ("biz", "bizim", "Platforma") tərəfindən şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini və qorunduğunu izah edir. Platformamızdan istifadə etməklə bu siyasəti qəbul etmiş olursunuz.
Toplanan Məlumatlar
Biz aşağıdakı məlumatları toplayırıq:
2.1. Qeydiyyat məlumatları
- Ad, soyad
- Email ünvanı
- Profil şəkli (Google hesabından və ya manual yüklənən)
2.2. Portfolio məlumatları
- CV faylları
- Portfolio məzmunu (ad, bio, təcrübə, layihələr, bacarıqlar və s.)
- Yüklənən şəkillər (avatar, layihə şəkilləri)
- AI alətləri vasitəsilə daxil edilən məlumatlar (iş elanı mətnləri, şirkət adları və s.)
- AI istifadə tarixçəsi və analiz nəticələri
2.3. Texniki məlumatlar
- IP ünvanı
- Brauzer növü və versiyası
- İstifadə statistikası
Məlumatların İstifadəsi
Topladığımız məlumatlar aşağıdakı məqsədlər üçün istifadə olunur:
- Portfolionuzun yaradılması və yayımlanması
- Hesabınızın idarə edilməsi
- Xidmət keyfiyyətinin artırılması
- Texniki dəstək təmin edilməsi
- Hüquqi öhdəliklərin yerinə yetirilməsi
Məlumatların AI ilə İşlənməsi
Felio müxtəlif AI alətləri təqdim edir (portfolio yaradılması, CV analizi, məktub yaradılması və digər xidmətlər). Bu alətlərdən istifadə zamanı daxil etdiyiniz məlumatlar üçüncü tərəf AI xidmətinə göndərilir.
Bu məlumatlar yalnız sizin istifadəniz üçün nəticə yaratmaq məqsədilə işlənir və AI tərəfindən model təlimi üçün istifadə edilmir. AI nəticələri hesabınızda saxlanılır və hesab silindikdə bütün AI tarixçəsi qalıcı olaraq silinir.
Üçüncü Tərəf Xidmətlər
Biz aşağıdakı üçüncü tərəf xidmətlərdən istifadə edirik:
- Supabase: Autentifikasiya və verilənlər bazası
- Google OAuth: Google ilə giriş
- Google AI Studio: CV analizi üçün AI xidməti
- E-point.az: Ödəniş prosesləri
Bu xidmətlərin öz məxfilik siyasətləri var. Ödəniş edərkən kart məlumatlarınız yalnız ödəniş xidməti tərəfindən işlənir — Felio kart məlumatlarını heç vaxt görmür və ya saxlamır.
Məlumatların Qorunması
Məlumatlarınızın qorunması üçün aşağıdakı tədbirlər görülür:
- HTTPS şifrələmə ilə məlumat ötürülməsi
- Supabase RLS (Row Level Security) ilə verilənlər bazası qorunması
- Şifrələrin bcrypt ilə hash edilməsi
- Müntəzəm təhlükəsizlik yoxlamaları
İstifadəçi Hüquqları
Siz aşağıdakı hüquqlara maliksiniz:
- Məlumatlarınıza çıxış əldə etmək
- Məlumatlarınızın düzəldilməsini tələb etmək
- Hesabınızın və məlumatlarınızın silinməsini tələb etmək
- Məlumatlarınızın emalına etiraz etmək
Bu hüquqlardan istifadə etmək üçün hello@felio.me ünvanına müraciət edin.
Hesabın Silinməsi və Məlumatların Ləğvi
İstifadəçilər istənilən vaxt hesablarını silə bilərlər. Hesab silindikdə aşağıdakı məlumatlar qalıcı olaraq silinəcəkdir:
- Profil məlumatları (ad, email, avatar)
- Yaradılmış portfoliolar və onların məzmunu
- Yüklənmiş şəkillər
- CV yükləmə tarixçəsi
- AI istifadə tarixçəsi və analiz nəticələri
Bu proses geri qaytarıla bilməz. Silinmiş məlumatlar bərpa edilə bilməz.
Cookie-lər
Platforma autentifikasiya və sessiya idarəetməsi üçün texniki cookie-lərdən istifadə edir. Bu cookie-lər xidmətin düzgün işləməsi üçün zəruridir. Reklam və ya izləmə (tracking) cookie-ləri istifadə edilmir.
Məlumatların Saxlanma Müddəti
Şəxsi məlumatlarınız hesabınız aktiv olduğu müddətdə saxlanılır. Hesab silindikdən sonra bütün məlumatlar tamamilə silinir. Qanuni öhdəliklər istisna olmaqla, silinmiş məlumatlar heç bir formada saxlanılmır.
Dəyişikliklər
Bu Məxfilik Siyasəti vaxtaşırı yenilənə bilər. Əhəmiyyətli dəyişikliklər barədə istifadəçilər məlumatlandırılacaq.
Əlaqə
Məxfilik ilə bağlı suallarınız üçün: hello@felio.me